COP29

17 yaşlı şəxs soymaq istədiyi oyunçu tərəfindən güllələndi - FOTOLAR

2 Sentyabr 00:00 Hadisə 257
17 yaşlı şəxs soymaq istədiyi oyunçu tərəfindən güllələndi - FOTOLAR

Amerikanın Milli Futbol Liqasında (NFL) çıxış edən “San-Fransisko 49ers”in oyunçusu Riki Pirsall sinəsindən güllə yarası alıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə 17 yaşlı şəxs tərəfindən törədilib.

İlkin istintaqa əsasən, silahlı şəxs “San-Francisko 49ers”in oyunçusunu soymağa cəhd etdiyi zaman müqavimətlə üzləşib.

Nəticədə həm şübhəli şəxs, həm də oyunçu xəsarət alıb. O, polis tərəfindən saxlanılıb.

Riki Pirsallın vəziyyəti isə ağırdır.

R.Pirsallın daha əvvəl çiynindən aldığı zədəsi yenicə sağalmış və o, məşqlərə qoşulmuşdu.


Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 16:30 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM