COP29

"Qarabağ" və "Neftçi"nin legionerləri dəvət aldı

29 Avqust 02:50 Hadisə 731
"Qarabağ" və "Neftçi"nin legionerləri dəvət aldı

Monteneqro yığmasının UEFA Millətlər Liqasının B Divizionunda İslandiya və Uelslə keçiriləcək oyunlar üçün heyəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Robert Prosineçkinin dəvət göndərdiyi oyunçular arasında “Qarabağ”ın zədəli müdafiəçisi Marko Veşoviç və “Neftçi”nin yarımmüdafiəçisi Ervin Kuts da var.

Ağdam klubunun zədədən əziyyət çəkən digər monteneqrolu futbolçusu Marko Yankoviç isə milli komandadan kənarda qalıb.

Sentyabrın 6-da İslandiyanın qonağı olacaq Monteneqro seçməsi 3 gün sonra doğma meydanda Uelsi qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 22:40 "Sabah" icarəyə verdi