COP29

Çılpaq ofisiantlıqdan gələn çempion gözəl - FOTOLAR

27 Avqust 02:30 Hadisə 496
Çılpaq ofisiantlıqdan gələn çempion gözəl - FOTOLAR

Məşhur WWE promoşununu yəqin ki, izləmisiz.

Şou xarakterli döyşülərdə bir sıra şəxslər şöhrət qazanıb.

Onlardan biri də adını çempionların siyahısına yazan Liv Morqandır.

Sportinfo.az xəbər verir ki, o, 1994-cü ilin iyunun 7-də Nyu-Cersi ştatının Parames şəhərində anadan olub. Liv Morqan 30 yaşlı gözəlin idman ləqəbidir. Onun əsl adı Cionna Ceanni Daddiodur.

Morqan italyan əsillidir. Onun uşaqlığı çətin keçib. Atası uşaq yaşlarında vəfat edib. Cionnanın anası 6 uşaq böyüdüb. Bəli, idmançının dörd qardaşı və bir bacısı var. O, güləşə qoşulmazdan əvvəl ofisiantların yarıçılpaq halda müştərilərə xidmət göstərdiyi “Hooters” restoranlar şəbəkəsində işləyib.

Cionna güləşə 2014-cü ildə 20 yaşında gəlib. Uşaqlıqdan bu idman növünə aşiq olub. Şou proqram televiziyada yayımlanandan sonra efirdə gördüklərini təqlid etməyə çalışıb və həyətdə qardaşları ilə güləşib. Onun kumiri güləş tarixinin ən məşhur qadınlarından biri olan Lita və ya Emy Dumasdır.

“Bütün dostlarım cazibədar idilər, amma mən oğlan kimi idim. Gözəl paltarlar geyinmirdim.

Litanın geniş şalvar və idman ayaqqabısı ilə küçəyə çıxdığını, oğlanlarla güləşdiyini görəndə onun dünyanın ən gözəl şey olduğunu düşündüm. Mən ona bənzədim!”, - deyə Cionna bildirir.

Yeri gəlmişkən, Liv Morqan təxəllüsü 2015-ci ildə ortaya çıxdıb. Bundan əvvəl Cionna Merli adı ilə çıxış edirdi.

Morqan WWE-in əsas yarışında debütünü 2017-ci ilin noyabr 21-də edib. Cəmi 1 il sonra isə titul uğrunda döyüşdə Ronda Ruzini məğlub edərək çempion olmağı bacarıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 22:40 "Sabah" icarəyə verdi