COP29

“Qalatasaray”ın rəhbərliyində yer alan azərbaycanlı iş adamı güllələndi - FOTOLAR

19 Avqust 11:20 Hadisə 2 731
“Qalatasaray”ın rəhbərliyində yer alan azərbaycanlı iş adamı güllələndi - FOTOLAR

Sportinfo.az xəbər verir ki, Türkiyənin Antalya şəhərində azərbaycanlı biznezmenə qarşı silahlı hucum olub.

Bir neçə gün əvvəl “Alva Donna Exsclusive Hotel Spa” otelində 2020-ci ilin avqustun 20-də qətlə yetirilən məşhur azərbaycanlı kriminal avtoritet, “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun qohumu Bəxtiyar Muradova silahlı basqın edilib

Muradov möcüzə nəticəsində ölümdən xilas olub. Daha iki nəfər yaralanıb Hadisədən sonra bir neçə nəfər saxlanılıb.

Buta.tv Türkiyə mətbuatı xəbər verir ki, iş adamı Bəxtiyar Muradov Antalyanın Denktaş küçəsində avtomobilində olarkən naməlum maşının onun arxasınca gəldiyini görüb.

Avtomobili onun dostu, türkiyəli iş adamı Diren Aygün idarə edib. İzləndiyindən şübhələnən Muradov dostuna xəbərdarlıq edib: məsələni aydınlaşıdrmaq üçün dayanmaq qərarına gəliblər.

Şübhəli avtomobilə yaxınlaşaraq niyə onları izlədiklərini soruşublar. Sonra onları mərkəzdən kənar yerə getməyə təklif ediblər.

Muradov və Aygün tanımadığı şəxslərin arxasınca getdikdən az sonra onların avtomobilinə atəş açılıb. Muradov əyilərək qaça bilsə də, Diren Aygün və dostları Mehmet A. ayaqlarından güllə yarası alıblar.

Hadisədən sonra Antalya polisi 4 şübhəlidən ikisini tez bir zamanda saxlayıb. Davam edən əməliyyat zamanı hücumu təşkil etməkdə şübhəli bilinən Bilal K., həmçinin cinayətdə iştirakda şübhəli bilinən daha iki nəfər Durmuş və Xeyrullah da həbs edilib.

Muradovu təqib edən İlkər və Yasin də həbs edilib. Qeyd edək ki, Durmuş və Xeyrullah polis nəzarəti altında sərbəst buraxılıb.

Bextiyar Muradovun adının silahlı insidentlərlə bağlı hallanması ilk dəfə deyil. 2024-cü ilin fevral ayında Antalyada vəkili Gökhan Kadir Gülaçerə qarşı sui-qəsd edilib.

Fevralın 16-na keçən gecə Güləçərin və dostunun içində olduğu maşını iki nəfər saxlayıb. Hücum edənlərdən biri vəkilə atəş açıb, onu sol qolundan və ayağından yaralayıb.

Hücum edənlər meşəyə qaçıblar, Güləçer isə xəstəxanaya yerləşdirilib. Vəkilin sözlərinə görə, sui-qəsdi müdafiə etdiyi Rusiya vətəndaşı Bextiyar Muradovun “düşməni” təşkil edib.

Muradov bu şəxsə kriptovalyutaya sərmayə qoymaq üçün 1,5 milyon dollar verib, lakin nə pul, nə də gəlir əldə edib və bu, münaqişə və məhkəmə çəkişmələrinə səbəb olub.

Bundan başqa, Rusiya vətəndaşının oğlu Muradovun qızına qarşı seksual cinayət törədib. Gülaçer Antalyadakı uşaq məhkəməsində zərərçəkmiş tərəfin maraqlarını təmsil edib.

Vəkil şübhəlinin oğlunun saxta pasportla Ankarada oteldə gizləndiyini də aşkar edib və bu barədə polisə məlumat verib və bu onun həbsinə səbəb olub.

Gülaçerin sözlərinə görə, sui-qəsd zamanı hücum edənlərdən biri ona deyib: “Biz sizə cənab Oliverin işindən uzaq durmağınız üçün xəbərdarlıq etməmişikmi?” Və bu sözlərdən sonra atəş açıb…

Bəxtiyar Muradov “Qalatasaray”ın İdarə Heyətinin üzvü, azərbaycanlı iş adamıdır.

“Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun Türkiyədə qalan biznesini idarə edir.

Hadisə hansı səbəbdən baş verməsi ilə bağlı araşdırmalarımız davam edir əlavə məlumat veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…