COP29

Yaxşı olmadı, amma… İndi onu bir də belə görün... VİDEO+FOTOLAR

18 Avqust 16:55 Hadisə 512
Yaxşı olmadı, amma… İndi onu bir də belə görün... VİDEO+FOTOLAR

Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ən çox müzakirə edilən idmançılardan olan İman Xelif görünüşü ilə diqqət çəkib.

Sportinfo.az “Daily Mail”ə istinadən xəbər verir ki, transgender olduğu iddia edilən Olimpiya çempionu qızıl medalını nümayiş etdirmək üçün makiyaj edərək kamera qarşısına keçib.

İdmançı mövsümə uyğun olaraq çəhrayı, güllü geyimə üstünlük verib. O, görünüşünü halqa sırğalar və qızıl medalı ilə tamamlayıb. Onun videosu qısa zamanda sosial şəbəkədə viral olub.

Məlumata görə, Xelif qalmaqallardan sonra öz iştirakını müdafiə edərək “Mən qadın olaraq doğulmuşam. Mən qadın kimi yaşayıram. Mən bir qadın kimi yarışdım” - deyib.

Xelif və Tayvan təmsilçisi Lin Yutinq bir il əvvəl Hindistanda keçirilən Dünya Çempionatında gender testindən keçə bilməyiblər.

Buna baxmayaraq, Beynəlxalq Olimpiya Komitəsi hər iki idmançının Paris-2024-də iştirakını təsdiqləyib.

Lakin Paris-2024-də qadınlar arasında keçirilən boks yarışında italiyalı idmançı Anjela Karini əlcəzairli rəqibi İman Xeliflə döyüşməkdən imtina edib.

İtaliyalı idmançının bunu etməsinə səbəb isə rəqibinin transgender olması olub. Döyüş başladıqdan 46 saniyə sonra başa çatıb. Anjela Karini rinqdən çıxdığı üçün hakimlər Xelifə texniki qələbə veriblər.

İman Xelif Paris-2024 Yay Olimpiya Oyunlarında qadınlar arasında keçirilən boks yarışında çinli rəqibi 32 yaşlı Liu Yanqa qalib gələrək çempion olub.




Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…