COP29

Futbolçunun atasını bıçaqlayanı 10 ilədək həbs gözləyir - FOTO

17 Avqust 18:20 Hadisə 320
Futbolçunun atasını bıçaqlayanı 10 ilədək həbs gözləyir - FOTO

“Barselona”nın yarımmüdafiəçisi Lamin Yamalın atası Munir Nasraoui xəstəxanadan evə buraxılıb.

Sportinfo.az xəbər verir ki bu barədə “Marca” nəşri məlumat yayıb.

Avqustun 14-də futbolçunun atasının bıçaqlanaraq ağır vəziyyətdə olduğu məlum olub. Bildirilib ki, o, Barselona əyalətinin bir hissəsi olan Mataro şəhərində avtoparkda hücuma məruz qalıb.

Polisin yaxaladığı təqsirləndirilən şəxslərdən üçü buraxılıb, biri hələ də həbsdədir. Şübhəli şəxsi adam öldürməyə cəhd və hücuma görə 5 ildən 10 ilədək həbs cəzası gözləyir.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…