COP29

Bakıya gəldi, yanındakı xanımın kimliyi yanlış anlaşıldı - FOTO

3 Avqust 2024 21:20 Hadisə 6 104
Bakıya gəldi, yanındakı xanımın kimliyi yanlış anlaşıldı - FOTO

“Şaxtyor”dan ayrılan Aleksey Kaşuk bir neçə gündür Bakıdadır.

Ukraynalı ölkəmizə hansısa klubla müqavilə bağlamaq üçün yox, gəzib-əylənmək, tanışları ilə vaxt keçirmək üçün gəlib.

O, bu müddətdə “Qarabağ” – “Linkoln”, “Sabah” – “Makkabi” və “Araz-Naxçıvan” – “Qarabağ” qarşılaşmalarını stadionda izləyib.

Oyunlar zamanı yanında olan xanım və uşaqlar onun ailəsi deyil. Zərif cinsin nümayəndələri Kaşukun “Qarabağ”dakı dostu və adaşı Aleksey İsayevin ailə üzvləridir. Donetsk “Şaxtyor”undan ayrılan vinger Bakıya tək gəlib.

İsayevin Katya adlı xanımı xəbər portallarından birinin özünün Kaşukla olan fotosunu paylaşaraq şəkilə “Aleksey Kaşuk ailəsi və övladları ilə” başlığı qoymasına gülüş emojisi ilə cavab verib.

Bildirək ki, Alekseylər vaxtilə “Sabah”da komanda yoldaşı olublar.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti