COP29

“Ailəmin imkanı zəif idi, bir qarın ac, bir qarın tox, mənə əllərindən gələni etdilər”

2 Avqust 20:40 Hadisə 1 019
“Ailəmin imkanı zəif idi, bir qarın ac, bir qarın tox, mənə əllərindən gələni etdilər”

“Elə bir peşmanlığım yoxdur”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında yığmanın sabiq hücumçusu Vaqif Cavadov deyib.

Moskva MOİK-inin yetirməsi indiyədək yaşıl meydanda yaşadıqları haqda danışıb.

O, “futbolçu karyeranızda yol verdiyiniz hansı səhvin, hansı yanlış qərarın peşmanlığını çəkirsiz” sualına cavabında bunları söyləyib:

“Karyeramdan məmnunam və çox istərdim ki, hər bir azərbaycanlı futbolçunun ən azından belə bir karyerası olsun.

Bir şeyə çox sevinirəm, nə yaxşı ki, həmin illərdə atam sağ idi. Azərbaycana gələnə qədər Rusiyada oynadığım vaxtlarda ailə üzvlərim məni tək buraxmadılar.

Bəlkə də ailəmin imkanı zəif idi, amma bir qarın ac, bir qarın tox, mənim üçün əllərindən gələni edirdilər. Rəhmətlik atamın, anamın, qardaşlarımın üzərimdə çox böyük zəhməti olub.

Bu yerlərə gəlib çıxmağımın əsas səbəbkarı onlardır. Həssas zamanlarda yanımda oldular, mənə doğru yol göstərdilər.

Sonda atamın arzusu həyata keçdi və ona xoş günlərimi görmək nəsib oldu. Buna görə Allaha təşəkkür edirəm”.

Digər Xəbərlər
Xəbər Lenti