COP29

Macarıstanda qalmaqal - Jurnalistlər "Fehervar"ın baş məşqçisini boykot etdi

31 İyul 23:20 Hadisə 3 699
Macarıstanda qalmaqal - Jurnalistlər "Fehervar"ın baş məşqçisini boykot etdi

Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Fehervar" - "Sumqayıt" matçından (0:0) sonra meydan sahiblərinin baş məşqçisi Tamaş Petonun mətbuat konfransında insident yaşanıb.

Buna səbəb çalışdırıcının qarşılaşma ilə bağlı fikirlərinin Azərbaycan dilinə tərcümə edilməməsi olub.

Bu zaman tərəflər arasında müəyyən gərginlik yaşanıb.

Təcüməçi tələbinə meydan sahibləri məhəl qoymayınca Macarıstana ezam olunmuş azərbaycanlı juranlistlər buna etiraz olaraq konfrans otağını tərk ediblər.

Əlavə edək ki, Sumqayıtdakı ilk görüşdən sonra Samir Abasovun mətbuat konfransında iştirak edən 1 qonaq jurnalistə bütün suallar macar dilində tərcümə edilmişdir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti