COP29

Komandası 0:4 uduzan azarkeşlərin Bakıdakı jestinə ƏHSƏN!

27 İyul 20:40 Hadisə 858
Komandası 0:4 uduzan azarkeşlərin Bakıdakı jestinə ƏHSƏN!

“Zirə” Konfrans Liqasının II təsnifat mərhələsinin ilk görüşündə qalib gəldi.

Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv “DAC 1904”ə göz açmağa imkan vermədi – 4:0.

Oyunu izləyənlər arasında Avropadan gəlmiş 35-40 azarkeşi görmək mümkün idi. Məhəccərlərdən Slovakiya və Macarıstan bayraqlarını asmış fanatlar oyunboyu sevimli komandalarına dəstək nümayiş etdirdilər.

Tribunada artıq hərəkətlərə yol verməyən, matç başa çatandan sonra “DAC 1904”ün futbolçularını alqışlarla yola salan fanatlar yerli azarkeşlərə diqqət göstərməyi özlərinə borc biliblər.

Belə ki, Slovakiya klubunun “ultraslar”ı “Zirə”nin “Qartallar” azarkeş qrupunun üzvlərinə müxtəlif xatirə hədiyyələri təqdim ediblər - tribunada geyindikləri maykaları və özündə klubun loqosunu əks etdirən stikerləri.

Komandalarının faciəvi yenilgisinə baxmayaraq, əhvallarının yüksək olması və bu cür davranış hər bir halda alqışlanmalıdır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...