COP29

“Şerif”in “10 nömrə”si: “Əminliklə deyirəm ki…”

19 İyul 23:00 Hadisə 3 594
“Şerif”in “10 nömrə”si: “Əminliklə deyirəm ki…”

“Şerif”in futbolçusu Sedrik Badolo Sportinfo.az-a müsahibə verib.

“Sarı-qaralar”ın “10 nömrə”si “Zirə” üzərində qazanılan qələbədən sonra sualları cavablandırıb.

- Bakıda mərhələni adladığınıza inana bilirsən?

- Bu oyunun hər iki komanda üçün çətin olacağı məlum idi. Belə də oldu. “Zirə”nin oturuşmuş heyəti var, bizdə isə yeni futbolçular cəlb olunub. Yaxşı komanda olduqlarını bir daha sübut etdilər. Qırmızı vərəqə oyunu kökündən dəyişdi. Biz isə mərhələ adlamaq üçün əlimizdən gələn hər şeyi etdik.

- “Zirə” azlıqda qalanda, mərhələni adlayacağınıza əminlik yarandı?

- Hansı komanda olursa-olsun, 10 nəfərin 11 nəfərə qarşı mübarizə aparması çox çətindir. Qaçırsan, döyüşürsən, mübarizə aparırsan, amma bir yerə qədər. Təxminən 70 dəqiqə azlıqda müdafiə olunmaq asan iş deyil. “Qırmızı” alan oyunçu bizim futbolçunu vurmasaydı, qovulmayacaqdı. Ona görə də bizlik bir şey yoxdur.

- Qırmızı vərəqə olmasaydı, “Şerif” mərhələni keçə bilərdi?

- Futboldur, hər şey mümkündür. Amma “Zirə” meydan sahibi olaraq hesabı açıb ümumi hesabda 2:0 önə keçəndən sonra bizim işimiz çox yox, çox-çox çətinləşmişdi. Dediyim kimi, azlıqda qalmaları işimizi asanlaşdırdı. Əks halda bizim üçün çətin olacaqdı.

- Püşkatmadan sonra “Zirə”nin adını eşidəndə qarşınızda belə bir komandanı görəcəyinizi təxmin etmişdin?

- Bir şeyi deyim, avrokuboklarda zəif rəqib yoxdur. Bəlkə də hansısa komanda Avropada böyük nəticələrə malik deyil, amma oynadığı futbol maraqlıdır, yaxud sona qədər mübarizə aparır. Bilirdik ki, bizim üçün çətin olacaq. Əminliklə deyirəm, “Zirə” çox yaxşı təşkilatlanmış komandadır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?