COP29

Polis millinin iki üzvünü həbs etdi - Zorlamada ittiham olunurlar

19 İyul 02:30 Hadisə 1 204
Polis millinin iki üzvünü həbs etdi - Zorlamada ittiham olunurlar

Fransanın reqbi üzrə milli komandasının iki oyunçusu Argentinada məhkəmə qarşısına çıxarılıb. Onlar zorlamada ittiham edilir.

Sportinfo.az xəbər verir ki, Argentina məhkəməsi 21 yaşlı Oskar Jequ və 20 yaşlı Hüqo Oradonun məhkəmə prosesi başa çatana qədər ev dustaqlığında qalmalarına qərar verib.

Məlumata görə, söhbət birbaşa zorakılıq tətbiqi ilə cinsi əlaqədən gedir.

Jequ və Orado beynəlxalq debütlərini iyulun 6-da Fransa millisinin Argentinaya səfəri zamanı Mendozada ediblər.

Müstəntiqlərin sözlərinə görə, matçdan sonra onlar otellərin birində qadına təcavüz ediblər. Qadın idmançılarla gecə klubunda tanış olduğunu iddia edir. İdmançıların özləri isə bütün ittihamları rədd edirlər.

"Mən onların ifadə verməsini istəyirəm. Biz orada nə baş verdiyini bilməliyik. Hər iki idmançı ifadə verməyə razılaşın", deyə idmançıların vəkili Rafael Kuneo Libarona bildirib.

Fransızlar günahkar bilinərsə, onları Argentinada 8 ildən 20 ilə qədər həbs gözləyir.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?