COP29

“Şeirf” üçün zəhmətə qatlaşmağı vacib bilmədilər

15 İyul 21:20 Hadisə 899
“Şeirf” üçün zəhmətə qatlaşmağı vacib bilmədilər

“Şerif” Avropa Liqasının I təsnifat mərhələsinin ilk matçında “Zirə”yə məğlub oldu.

Moldova təmsilçisi cavab oyunu üçün matçdan bir gün əvvəl Bakıya təşrif buyuracaq.

Moldovadakı iqtisadi durum və ilk görüşdə qeydə alınan məğlubiyyət qonaq komandanı azarkeşsiz oynamağa məcbur edəcək.

İyulun 18-də qonaq tribunada “Şerif”i dəstəkləyənlərin sayı ən yaxşı halda iki əlin barmaqlarımna sığmayacaq sayda olacaq. Onlar da əsasən ölkəmizdə çalışanlar və yaşayanlar.

Eyni sözlər həmkarlarımıza da aiddir. Moldovalı jurnalistlər qarşılaşmanı işıqlandırmaq üçün akkreditasiya qeydiyyatından keçməyi lazım bilməyib.

İyulun 11-də Tiraspolda baş tutan ilk oyunda “Zirə” 1:0 hesabı ilə qələbə qazanıb.

“Liv Bona Dea Arena”dakı cavab görüşü iyulun 18-i saat 20:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti