COP29

İTV-nin final şərhi olay oldu: Səslə görüntü uzlaşmadı, tənqid edildi - VİDEO

15 İyul 17:20 Hadisə 640
İTV-nin final şərhi olay oldu: Səslə görüntü uzlaşmadı, tənqid edildi - VİDEO

Almaniyada keçirilən Avropa çempionatının final görüşünün yayımı zamanı İTV telekanalında yaranan texniki problem müzakirələr yaradıb.

Sportinfo.az xəbər verir ki, səs və görüntü uyğunsuzluğu sosial şəbəkələrdə tənqid edilib.

Belə ki, şərhçi qarşılaşmanı birbaşa Almaniyadan şərh etdiyi üçün səs və görüntü arasında təxmini 3-5 saniyə fərq hiss olunub.

Müzakirələri əsasən İspaniya millisinin üzvü Niko Uilyamsın qol vurduğu kadrın şərhdən bir neçə saniyə sonra yayımlanması ətrafında aparılıb.

Qeyd olunub ki, ilk dəfə Avropa Çempionatını yerindən şərh etsələr də, rejissorlar heç cür səs ilə görüntünü uyğunlaşdıra bilməyiblər.

Həmin görüntüləri təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti