COP29

"Sumqayıt"ın Konfrans Liqasındakı rəqibi yoxlama görüşündə sevindi

14 İyul 02:00 Hadisə 511
"Sumqayıt"ın Konfrans Liqasındakı rəqibi yoxlama görüşündə sevindi

Konfrans Liqasının II təsnifat mərhələsində "Sumqayıt"la qarşılaşacaq "Fehervar" (Macarıstan) növbəti yoxlama matçını keçirib.

Sportinfo.azxəbər verir ki, Sekeşfehervar klubu Sloveniya təmsilçisi "Dekani" ilə qarşılaşıb.

Matç macarların qələbəsi ilə başa çatıb - 1:0.

Qeyd edək ki, "Sumqayıt" dünən yoxlama görüşündə Türkiyənin I Liqa komandası "Gənclərbirliyi"ni 1:0 hesabı ilə üstələyib.

Samir Abasovun rəhbərlik etdiyi klub "Fehervar"la Konfrans Liqasında ilk matçını iyulun 25-də evdə, cavab qarşılaşmasını isə 31-də Macarıstanda keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti