COP29

Polis qapıçının ayağına atəş açdı – Braziliyada ŞOK HADİSƏ!

12 İyul 10:20 Hadisə 667
Polis qapıçının ayağına atəş açdı – Braziliyada ŞOK HADİSƏ!

Braziliyanın Qoyas ştatının ikinci divizionunda “Sentro East”a qarşı oyundan (1:2) sonra “Qremio Anapolis”in qapıçısı Ramon Souza güllə yarası alıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, matç başa çatdıqdan sonra polislərdən biri rezin güllə ilə futbolçunun ayağından vurub. Klub bununla bağlı bəyanat yayıb:

“İyulun 10-da stadionda olanların təhlükəsizliyini qorumalı olan bir adamın dəhşətli, ağlasığmaz və cinayət əməli oyunçularımızdan birinə qarşı amansız, çirkin hərəkəti ilə yadda qaldı və heç vaxt unudulmayacaq.

Klub bu cinayətin cəzasız qalmaması, günahkarın cəzalandırılması və ədalətin bərqərar olması üçün tədbirlər görəcəyini açıqlayır”.

“Aparesidense”də çıxış edən 22 yaşlı qolkiper “Qremio Anapolis”ə icarə əsasında keçib.

Digər Xəbərlər
Xəbər Lenti