COP29

Mübariz Mənsimovun kanalı azərbaycanlı şərhçini Türkiyədə gündəm etdi - VİDEO

4 İyul 17:40 Hadisə 8 991
Mübariz Mənsimovun kanalı azərbaycanlı şərhçini Türkiyədə gündəm etdi - VİDEO

Türkiyədə fəaliyyət göstərən və Mübariz Mənsimova məxsus olan «Ekol TV» İTV-nin şərhçisi Tural Dadaşovun qol şərhini yayımlayıb.

AVRO-2024-ün final mərhələsinə həsr olunmuş verlişdə azərbaycanlı teleşərhçinin Mert Günokun seyvinə necə reaksiya verməsindən danışılıb.

Yerli həmkarlarımız Dadaşovun epizoda çılğın rəyini alqışlayıb, onun «ilahi müdaxilə» ifadəsini bəyənib.

Aydın oldu, burada söhbət qitə birinciliyinin 1/8 final mərhələsi çərçivəsində keçirilən Türkiyə - Avstriya qarşılaşmasından (1:1) gedir.

Belə ki. «ay-ulduzlar»ın qapıçısı Mert Günok 90+5-ci dəqiqədə möhtəşəm seyvlə komandasını növbəti mərhələyə daşıyıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti