COP29

Azərbaycan çempionu atasını ağlatdı: Belə oğuldan kim inciyər? - VİDEO

4 İyul 16:40 Hadisə 630
Azərbaycan çempionu atasını ağlatdı: Belə oğuldan kim inciyər? - VİDEO

Bodibuildinq üzrə Azərbaycan çempionu atasına sürpriz edib.

Sosial şəbəkə platformalarındakı paylaşımları ilə məşhurlaşan Şükran Sultanov atasının doğum günündə onu sevindirib.

Şükran valideynini dostları ilə əyləşdiyi məkana dəvət edərək atasının “Renault” markalı avtomobilinin parklanma qaydasını pozduğuna görə evakuatorla cərimə meydançasına aparıldığını deyib.

Atası maşını yerində görməyincə əhvalı korlanıb. İdmançı həmin an valideyninə digər avtomobili göstərərək ad gününə hədiyyə etdiyini deyib.

“Marcedes” markalı maşını və oğlunun atdığı addımı görən ata göz yaşlarını saxlaya bilməyib.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti