COP29

İsrailli hücumçu "Sabah"ı gözləmədi, karyerasını bitirdi, İngiltərədə çalışacaq

1 İyul 09:00 Hadisə 625
İsrailli hücumçu "Sabah"ı gözləmədi, karyerasını bitirdi, İngiltərədə çalışacaq

Konfrans Liqasının təsnifat mərhələsinin 2-ci turunda “Sabah”ın rəqibi olan İsrailin “Makkabi” klubu təcrübəli futbolçu ilə ayrılıb.

Sportinfo.az “isport.co.il” portalına istinadən xəbər verir ki, Hayfa təmsilçisi 37 yaşlı mərkəz hücumçusu Tomer Hemedlə vidalaşıb.İsrailli peşəkar karyerasını başa vurmaq qərarına gəlib.

O, İngiltərənin "Brayton" klubunda çalışacaq. Bu məqsədlə Hemed artıq İngiltərəyə yollanıb.

“Sabah” – “Makkabi” matçları iyulun 25-i və avqustun 1-də keçiriləcək.

Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?