COP29

"Dinamo"dan yeni müdafiəçi transfer etdilər

29 İyun 16:20 Hadisə 1 288
"Dinamo"dan yeni müdafiəçi transfer etdilər

"Zirə"nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Şerif" heyətinə yeni futbolçu qatıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Moldova təmsilçisi Albaniya "Dinamo"sundan Alesio Miyanı transfer edib. 23 yaşlı müdafiəçi ilə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.

Sözügedən futbolçu ötən mövsüm "Dinamo"nun heyətində 21 matça çıxıb, 1 qolun ötürməsini verib.

"Zirə” və “Şerif” arasındakı ilk görüş iyulun 11-də, cavab oyunu isə iyulun 18-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti