COP29

Yeni baş məşqçi yalan danışdı, jurnalist sualı ilə onu pərt etdi

29 İyun 02:30 Hadisə 1 009
Yeni baş məşqçi yalan danışdı, jurnalist sualı ilə onu pərt etdi

Qazaxıstan millisinin baş məşqçisi Stanislav Çerçesov jurnalistin qazax dilində sualına cavab verə bilməyib.

Sportinfo.az xəbər verir ki, bu barədə "Tengri Sport" məlumat yayıb.

Mütəxəssis təqdimat mərasimi və mətbuat konfransı zamanı qazax dilini bildiyini iddia edərək tərcüməçidən imtina edib. Ancaq tədbir zamanı çətin duruma düşüb.

Ona rus dili ilə yanaşı, qazax dilində sual verən jurnalistlər də olub. Bu zaman Qazaxıstan Futbol Federasiyasının prezidenti Adalet Barmenkulovun köməyindən istifadə edib.

Çerçesov yenidən ona qazax dilində sual veriləndə, jurnalistin sözünü kəsib:

- Çerçesov: Bağışlayın, siz haradansınız?

- Jurnalist: Mən Qazaxıstandanam.

- Çerçesov: Niyə mənə belə müraciət edirsən? Mən sizə osetin dilində cavab verə bilərəm?

- Jurnalist: Davam et, cavab ver.

- Çerçesov: Amma heç kim başa düşməyəcək.

Rusiya mətbuatı Çerçesovun Azərbaycan millisinin baş məşqçi postuna namizədlərdən biri olduğunu iddia edirdi.

Xəbər Lenti