COP29

Rusiya Xankəndidə baş konsulluq açmaq istəyir - Yaxın vaxtlarda

28 May 08:10 Hadisə 349
Rusiya Xankəndidə baş konsulluq açmaq istəyir - Yaxın vaxtlarda

Rusiya yaxın vaxtlarda Xankəndidə baş konsulluq açmaq istəyir.

Bu haqda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin deyib.

“İkitərəfli məsələlərdən Xankəndidə baş konsulluğun açılmasını qeyd edərdim.

Bunun üçün yaxın vaxtlarda hazırlıq işlərinə başlamağı planlaşdırırıq və dəstəyinizə ümid edirik”, - Q. Karasin görüş zamanı azərbaycanlı həmkarlarına müraciət edərək bildirib.

Onun sözlərinə görə, konsulluğun 2024-cü ildə açılması ideal olardı.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?