COP29

Bakıda möhtəşəm gecə - Hamı bu futbolçunun toyundan danışır - VİDEO+FOTO

24 May 20:00 Hadisə 3 553
Bakıda möhtəşəm gecə - Hamı bu futbolçunun toyundan danışır - VİDEO+FOTO

Bakı Əyləncə Mərkəzində bir vur çatlasın idi ki, gəl görəsən.

“Sumqayıt”ın və Azərbaycan millisinin üzvü Rövlan Muradov subaylığın daşını atması münasibəti ilə doğmalarını başına yığmışdı.

Vaxtilə “Qəbələ”də komanda yoldaşı olmuş futbolçular və o vaxtkı baş məşqçisi Elmar Baxşıyev, “Sumqayıt”ın prezidenti Riad Rəfiyev, baş məşqçi Samir Abasov, futbolçular, klubun digər rəsmiləri, “Neftçi”nin tanınmış üzvü Qara Qarayev, eləcə də başqa klublarda işləyən məşqçi və mütəxəssislər.

Rövlanın qohumlarından olan aktyor Nicat Rəhimov, Azərbaycanın xalq artisti rəhmətlik Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva və bir sıra tanınmış iş adamları da məclisə xüsusi rəng qatan simalar idi.

Möhtəşəm gecə əvvəldən sona qədər tanınmış müğənni Rüfət Axundova tapşırılmışdı ki, müəyyən zaman aralığında İzzət Bağırovla meyxanaçı Balaəli səhnəyə çıxmaqla qonaqların əhvalını bir xeyli yüksəltdilər.

Toyun ən maraqlı dəqiqələri “Sumqayıt” camiəsinin rəqs meydanına təşrid buyurmasıydı.

Legionerlərin milli musiqilərimizin sədaları altında öz üslublarında rəqs etmələri, Vüqar Mustafayevlə Səbuhi Abdullazadənin peşəkar rəqqaslar kimi oynamaları və ən sonda günün səbəbkarının havaya atılan zaman Rüfət Axundovun futbolçulardan ehtiyatlı olmağı xahiş etməsi qonaqların ciddi marağına səbəb oldu.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?