COP29

Turşsu kəndində illər sonra çərşənbə tonqalı qalanıb - VİDEO

29 Fevral 08:10 Hadisə 287
Turşsu kəndində illər sonra çərşənbə tonqalı qalanıb - VİDEO

İşğaldan azad edilən Turşsu kəndində də illər sonra çərşənbə tonqalı qalanıb.

Turizm potensialı, həm də əsrarəngiz təbiəti ilə seçilən Turşsu kəndi yenidən qurulur. Elə Turşsunun yenidən qurulmasında çalışan işçilər tərəfindən kənddə uzun illər sonra çərşənbə tonqalı alovlandırılıb. İnanclara görə tonqalda köhnə illərin ağrı-acıları və uğursuzluqları yanaraq külə çevrilir.

Turşsu kəndi də azadlığının ilk baharına doğru yol alıb və ərazidə yenidənqurma işləri sürətlə davam etdirilir.

Turşsu kəndinin layihə rəhbəri Elnur Abdullayevin sözlərinə görə, dəniz səviyyəsindən 1938 metr hündürlükdə yerləşən kəndin ümumi ərazisi 122,7 hektardır.

Kənd təbiətin füsunkar gözəlliyi olan bir ərazidə yerləşdiyi üçün ümumi konsept layihə gələcəkdə turizm sektorunun inkişafına töhfə verəcək şəkildə hazırlanır. Kənddə infrastruktur, yaşayış evləri, kommunikasiya xətləri və digər tikililər tamamən yenidən qurulacaq.

Tikinti işləri vahid memarlıq üslubunda görüləcək. Həmçinin mərkəzi və əsas küçələrdən biri turizm üçün nəzərdə tutulub.

Kəndin yaxınlığında yerləşən Turşsu bulağı ətrafında da turizm sektoru üçün vacib olan obyektlərin qurulması nəzərdə tutulur. Gələcəkdə burada kempinq tipli istirahət mərkəzinin yaradılması planlaşdırılır. (AZƏRTAC)

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?