COP29

FIA Baş Assambleyasının Bakıda yekun iclasından FOTOLAR

8 Dekabr 2023 13:20 Hadisə 296
FIA Baş Assambleyasının Bakıda yekun iclasından FOTOLAR

Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyasının Heydər Əliyev Mərkəzində illik yekun iclası keçirilir.

Sportinfo.az xəbər verir ki, toplantıda FIA prezidenti Mohammed Ben Sulayem, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov və digər rəsmi şəxslər çıxış ediblər.

Anar Ələkbərov FIA Baş Assambleyası və Mükafatlandırma mərasiminin Bakıda təşkil olunmasının əhəmiyyətindən bəhs edib.

O, bu kimi tədbirlərin məqsədinin ictimaiyyətin avtomobil idmanı sahəsinə marağının artmasına, Azərbaycanda bütün yol hərəkəti iştirakçılarını təhlükəsiz, dayanıqlı və əlçatan hərəkətlilik mövzusunda maarifləndirməyə yönəldiyini bildirib:

“Azərbaycan Avtomobil Federasiyası mütəmadi olaraq avtoidman sahəsində yarışlar, drift məşqləri, yolsuzluq avtomobilləri yürüşləri, kartinq yarışları, klassik avtomobillərin nümayiş olunduğu sərgi və yürüşlər, həmçinin, digər layihələr həyata keçirir”.

Azərbaycanın 2016-cı ildən “Formula 1” yarışlarına ev sahibliyi etdiyini xatırladan Anar Ələkbərov Bakı küçələrində Qran-prinin uğurla həyata keçirilməsində göstərdiyi dəstəyə görə FIA-ya təşəkkürünü çatdırıb.

O cümlədən, Bakıda FIA həftəsinin uğurla keçməsində və yaddaqalan alınmasında əməyi olan hər kəsə, eyni zamanda, FIA əməkdaşlarına və könüllülərə minnətdarlıq bildirilib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?