34 yaşlı amerikalı aktrisa və müğənni Vanessa Hadcens amerikalı beysbolçu Koul Takerə ərə gedib.
Sportinfo.az xəbər verir ki, Taker Hadcensdən 7 yaş kiçikdir.
Cütlüyün toyu ötən həftəsonu Meksikanın Tulum şəhərində baş tutub. Tədbirdə 20-yə yaxın dost və ailə üzvləri iştirak ediblər.
Onlar toyu mediadan gizlədib, fotolar ötən gün yayımlanıb.