COP29

Azərbaycanlı nazir xüsusi mükafatla təltif olundu

5 Dekabr 2023 02:30 Hadisə 321
Azərbaycanlı nazir xüsusi mükafatla təltif olundu

Bolqarıstanın paytaxtı Sofiya şəhərində Avropa Gimnastikasının 30-cu yubiley konqresi keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov təşkilatın prezidenti olaraq konqresə sədrlik edib.

Konqresdə bir sıra hesabatlar, eləcə də təşkilatın yenilənmiş Əsasnaməsi təsdiq edilib, yeni fəxri üzvlər qəbul olunub. Bundan başqa, təşkilatın 2025-ci il Konqresinin 28-29 noyabr tarixlərində Praqa (Çexiya) şəhərində keçirilməsi qərara alınıb.

Tədbirdə Fərid Qayıbov Bolqarıstanın gənclər və idman naziri Dimitar İlievə və Sofiya şəhərinin meri Vassil Terziyevə Avropa Gimnastikasının fəxri medallarını təqdim edib.

Həmçinin Fərid Qayıbov Litva Olimpiya Komitəsinin xüsusi medalı və Avropa Atletikası ilə əməkdaşlığa görə həmin təşkilatın xüsusi mükafatı ilə təltif edilib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?