COP29

Vardanyandan sonra separatçı rəhbərlərdən onlar da saxlanıldı

29 Sentyabr 2023 22:10 Hadisə 633
Vardanyandan sonra separatçı rəhbərlərdən onlar da saxlanıldı

Azərbaycanın Xankəndi şəhərindəki separatçıların keçmiş “komandir”i Levon Mnatsakanyan “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

Bu barədə məlumatı “general”a yaxın mənbə açıqlayıb.

Sentyabrın 27-si “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycandan Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.

O, DSX-nin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib.

Törətdiyi qeyri-qanuni əməllərə görə Ruben Vardanyan 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq, ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***

“Sputnik Ermənistan”ın yaydığı məlumata görə isə, separatçıların “Təhlükəsizlik Şurası”nın keçmiş “rəhbər”i Arşavir Qaramyan da saxlanılıb.

Digər Xəbərlər
Xəbər Lenti