COP29

Ermənilərin “qələbə” simvolu olan tank Şuşada götürülmə anı bu VİDEOda

23 Sentyabr 2023 19:30 Hadisə 469
Ermənilərin “qələbə” simvolu olan tank Şuşada götürülmə anı bu VİDEOda

Xəbər verdiyimiz kimi, 1992-ci ildə işğaldan sonra ermənilər tərəfindən Şuşa şəhərinin girişində “qələbə” simvolu kimi qoyulan tank abidəsi götürülüb.

“Qafqazinfo” bunu əks etdirən görüntüləri əldə edib.

Həmin videonu təqdim edirik:

Qeyd edək ki, sözügedən tank Şuşaya girməyə cəhd edən ilk tank olub. Erməni Qaqik Avşaryanın idarə etdiyi 442 nömrəli tank ekipaj üzvü ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən məhv edilmişdi.

Birinci Qarabağ müharibəsindən sonra isə Avşaryanın yanmış T-72 tankı bərpa edilərək Şuşaya tuşlanmış vəziyyətdə abidə kimi quraşdırılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti