COP29

Laçında daha bir ağır qəza - 2 nəfər həlak oldu

19 Sentyabr 2023 13:10 Hadisə 478
Laçında daha bir ağır qəza - 2 nəfər həlak oldu

Laçında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Mollalar kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, qəza nəticəsində ölən və xəsarət alanlar var. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

“Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində “Azərenerji”nin əməkdaşları – 28 yaşlı Məmmədov Məhəmməd Mübariz oğlu və 65 yaşlı Məmmədov Gülağa Gülməmməd oğlu həyatlarını itiriblər.

Faktla bağlı araşdırma aparılır.

***

“AzərEnerji” ASC hadisə ilə bağlı açıqlama yayıb.

Bildirilib ki, hadisə nəticəsində həlak olanlar “Azərenerji” ASC-nin deyil, ərazidə podrat işləri həyata keçirən Elektrikquraşdırma Müəssisəsinin əməkdaşlarıdır:

“AzərEnerji” ASC həlak olanların yaxınlarına dərin hüzünlə başsağlığı verir”.

Digər Xəbərlər
Xəbər Lenti