COP29

“Bizdə istedadlı oğlanlar çoxdur, amma işləməsən...”

4 İyun 2023 20:20 Hadisə 529
“Bizdə istedadlı oğlanlar çoxdur, amma işləməsən...”

"İnter" (indiki "Şamaxı") və Gürcüstan millisinin sabiq müdafiəçisi Laşa Salukvadze "Napoli"nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanın İtaliya A seriyasının ən yaxşı oyunçusu seçilməsinə münasibət bildirib.

Sportinfo.az "Metaratings"ə istinadən xəbər verir ki, veteran futbolçu həmyerlisinin uğurlu mövsüm keçirməsini şərh edib:

"Bunu gözləyirdik, o, çox yaxşı oynadı. Əla ilk mövsüm keçirdi və komandası çempion oldu.

"Dinamo"da birlikdə oynamışıq, o, əsas komandada yeni-yeni çıxış etməyə başlayırdı. İstedadlı futbolçu olduğu dərhal görünürdü. Sonra “Lokomotiv”də Yuri Syominin yanında oldu.

Xviçanın böyük istedadı var, tez bir zamanda özünü üzə çıxardı, çünki Rusiyadan sonra İtaliyada çıxış etməyə başladı.

Bu isə elə də asan deyil. Belə nümunələr gənclər üçün çox vacibdir. Xviça təkcə istedada malik deyil, o həm də, işləməyi sevir.

Məşqdən sonra qalıb işləyirdi. Əgər işləməsən, istedad yetərli olmur. Gürcüstanda istedadlı oğlanlar çoxdur, amma peşəkarlıq yetərincə deyil.

Bu, bizim üçün çox vacibdir, bir çox gənc oğlanlar onun nümunəsinə baxır və futbolçu olmaq istəyirlər. Ümid edirik ki, Xviça kimi daha çox istedadlı uşaqlar çıxacaq".

41 yaşlı futbolçu “Dinamo”(Tbilisi), “Rubin”, “Vikqa”, “Dila”, “SKA-Energiya”da oynadıqdan sonra 2013-cü ildə “İnter”ə keçmiş və üç il Bakı təmsilçisinin oyunçusu olmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?