COP29

Ölümün “qapı”sından dönən Kadi PİS XƏBƏRİ özü açıqladı

27 Aprel 2023 20:20 Hadisə 896
Ölümün “qapı”sından dönən Kadi PİS XƏBƏRİ özü açıqladı

“Krasnodar” klubunda çıxış edən “Qarabağ”ın keçmiş futbolçusu Kadi Borges üçün mövsüm başa çatıb.

Sportinfo0.az xəbər verir ki, bu barədə braziliyalı yarımmüdafiəçi yerli “Sport24.ru” saytına açıqlamasında deyib.

Premyer Liqanın XXIV turunda “Spartak”ın müdafiəçisi Georgi Cikiya ilə hava toqquşması nəticəsində beyin silkələnməsi və kəllə sümüyünün çoxsaylı sınıqlarına məruz qalan 27 yaşlı hücumameyilli oyunçu gələn mövsümün hazırlığı zamanı kollektivə qoşulacağını açıqlayıb:

“Zədədən sonra reabilitasiya 15-20 gün davam edəcək. Hərtərəfli bərpa dönəmi isə 1-2 ay çəkəcək.

Bu müddət ərzində qoruyucu maskadan istifadə edəcəm. Çox güman ki, növbəti mövsümün hazırlığı zamanı komanda ilə birgə olacam”.

Qış fasiləsində “Qarabağ”dan “Krasnodar”a keçən Kadi Borges Rusiya klubunun heyətində 11 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
12 Sentyabr 21:00 Tualet olayına REAKSİYA
12 Sentyabr 18:10 Çək və bizə göndər!
12 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
12 Sentyabr 11:20 Bir-bir…
12 Sentyabr 05:30 Uill Smit Azərbaycanda!