COP29

"Xəzər Lənkəran"nın eks rəhbərinə mühüm vəzifə verildi - O, niyə gəlmişdi, niyə getdi?

7 Yanvar 2023 11:40 Hadisə 2 495
"Xəzər Lənkəran"nın eks rəhbərinə mühüm vəzifə verildi - O, niyə gəlmişdi, niyə getdi?

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanova müavinlər təyin edilib.

Belə ki, Anar İsrafilov və Araz Nəsirov müavinlər seçilib.

Onlardan biri bizə yaxşı tanışdır. Həmin şəxs Araz Nəsirovdur.

O, 1998-2003-cü illərdə Türkiyənin Trakya Universitetində maliyyə menecmenti ixtisası üzrə təhsil alıb.

2014-cü ildə ADA Universitetində İdarəetmənin inkişafı ixtisası üzrə, 2021-ci ildə Amerika Dyuk Universitetində Layihələrin idarəetməsi ixtisası üzrə təhsil alıb.

2014-2018-ci illərdə “Paşa Sığorta” ASC-nin risk meneceri kimi fəaliyyət göstərib. 2018-2022-ci illər ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri olub.

Onun karyerasının bir bölümü “Xəzər Lənkəran”la bağlıdır. 2008-ci ildə cənub klubunun vitse-prezidenti vəzifəsində işləyib. 2004-2009-cu illərdə “Palmali“ Şirkətlər Qrupunun aparıcı analitiki vəzifəsində çalışıb.

Araz Nəsirov zamanında Mübariz Mənsimovun ən inanılmış kadrlarından biri olub. Türkiyədə yaşayan iş adamı onu o vaxt Azərbaycana göndərmişdi ki, “Xəzər Lənkəran”da ara qarışmışdı.

2004-cü ildə yaradılmış klubda növbəti 4 ildə ciddi maliyyə pozuntuları aşkarlanmış, nəticədə bir çox kadrlar görəvdən alınmışdı. İstanbuldan gələn göstəriş üzərindən Mais Mənsimov vitse-prezident, Tuyqun Nadirov icraçı direktor postundan kənarlaşdırılmışdı.

Həmçinin bəzi başqa funksionerlər (yəqin ki, yaxınlarda onlar barədə ayrıca yazı qələmə alacağıq).

Məlum olmuşdu ki, dönəmin idarəçiləri “Palmali”dən “Xəzər Lənkəran”a ayrılan vəsaitin “başına daş salmaq“ üçün müxtəlif variantlara əl atıb, eyni zamanda, futbolçu transferlərindən külli miqdarda pul “çırpışdırıb“.

Qardaşı Mais Mənsimov və yaxın dostunun qohumu olan Tuyqun Nadirovu klubdan tamamilə kənarlaşdıran Mübariz Mənsimov Araz Nəsirovu İstanbuldan Bakıya göndərməklə, “Xəzər Lənkəran“ın həyatında yeni səhifə açmağa cəhd göstərdi.

Bütün səlahiyyəti ona verdi, “arxanda dayanmışam“ söylədi, amma…

Mənsmovların qohum-əqrabası yenə Nəsirova işləmək imkanı yaratmadı, o da bezib geri qayıtdı. Kənar təzyiq və təsirlərin altında əzilən komandanın zəif çıxışı da, heç şübhəsiz, vitse-prezidentin ayrılmasında mühüm rol oynadı.

İkinci dəfə geri qaytımış Rasim Karanın ondan gözləniləni verməməsi, uğursuz nəticələr əldə etməsi Araz Nəsirovun buradakı mövqelərini xeyli sarsıtdı.

O gedən getdi, bir də qayıtmadı. İş belə olunca, M.Mənsimov qardaşını və onunla bərabər yola saldığı əksər şəxsləri vəzifə başına qaytardı.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 Noyabr 20:20 AFFA məhkəməyə verildi
21 Noyabr 18:10 Çək və bizə göndər!
21 Noyabr 17:00 VAR, yoxsa YOX?
21 Noyabr 08:20 Cavid öz yerini tapdı