COP29

Fəaliyyətini dayandırdı - Premyer Liqada VAR olmayacaq?

2 Avqust 11:20 Hadisə 1 641
Fəaliyyətini dayandırdı - Premyer Liqada VAR olmayacaq?

Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Bakı Olimpiya Stadionunun ərazisindəki VAR Mərkəzi 2025-ci il fevralın 1-dək fəaliyyətini dayandırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Bu səbəbdən 2024/2025 mövsümündə Azərbaycan Kuboku və Azərbaycan Premyer Liqasında keçiriləcək oyunlarda VAR-ın təşkili yalnız səyyar nəqliyyat vasitəsi ilə mümkün olacaq.

AFFA-nın balansında hazırda 2 ədəd səyyar VAR nəqliyyat vasitəsi var.

COP29 11-22 noyabr aralığında keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti