Futbolun İnkişaf Fondu və Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəmkir”PFK-ya dəstək tədbiri” keçirilib. Tədbirdə yerli ictimaiyyət nümayəndələri və sahibkarlar iştirak edib.
Tədbirdə İcra Başçısının birinci müavini Süleyman Zeynallı, AFFA-nın baş katibi Sərxan Hacıyev, AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov çıxış ediblər.
Klubun tarixi və hazırki durumu haqda “Şəmkir” PFK-nın prezidenti Vüsal Məmmədov məlumat verdikdən sonra FİF-in icraçı direktoru Tural Piriyev Fondun regionlardakı fəaliyyəti, klubla birgə layihələr və ona dəstək imkanları barədə təqdimat verib.
Daha sonra veteran futbolçular Vidadi Rzayev və FİF-in Himayəçilər Şurasının həmsədri Yunis Hüseynov danışaraq, bölgə ictimaiyyətini kluba dəstək olmağa çağırıb.
Burada yaşanan bir maraqlı hadisə də sonuncu ilə bağlıdır. Belə ki, yorğun görünən Y.Hüseynov toplantının gedişində yuxulayıb. Keçmiş futbolçu yoldaşları onu oyatmağı rəva görməyiblər.
SPORTİNFO.AZ