Görün, Kamran Ağayev özünü və komandasını necə ifşa etdi - FOTOFAKT

14 Dekabr 2021 17:00 Hadisə 1 853
Görün, Kamran Ağayev özünü və komandasını necə ifşa etdi - FOTOFAKT

Milli komandamızın sabiq qapıçısı Kamran Ağayev gənc yaşlarından istedadı ilə bərabər, həm də intizamsızlığı ilə adından söz etdirib.

İllər keçdi, böyük təcrübə qazandı, bir çox klubların şərəfini qorudu, legioner həyatı yaşadı, başı çox "daşdan daşa dəydi" və bu gün Ağayevin 35 yaşı var.

Amma görünür, Ağayev üçün dəyişən sadəcə illər və karyerasındakı enişli-yoxuşlu yollar olub. Millimizin sabiq qapıçısının özü isə dəyişməz olaraq qalır. Yenə öz ampulasındadır - intizamsız idmançı.

Bu dəfə isə yenidən əvvəlki Kamran olmaq üçün az qala pulsuz oynadığı "Səbail"də gündəmə gəlib. Belə ki, şərəfini qoruduğu komandanın məşqə çıxdığı saatda Ağayev instaqramda izləyiciləri üçün canlı yayım açıb.

Komandanın kapitanı Rahid Əmirquliyevin paylaşıma yazdığı "Tofiq Bəhrəmovda məşqə edirik, gəlirsən?" rəyi sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.

Bu dialoq Ağayevin intizamsızlığı ilə bərabər, "Səbail"in də qeyri-peşəkarlığını önə çəkən izləyicilər tərəfindən ciddi tənqid olunub. Amma nə karə? Bundan sonra nə "Səbail" düzələndi, nə də Kamran Ağayev...

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 18:10 Çək və bizə göndər!
28 Aprel 11:20 Qurban Qurbanovun "11"i
28 Aprel 11:00 Bir addımı da sən at!