Dünyanın ən seksual futbolçusu, "Yuventus"un qadınlardan ibarət komandasında çıxış edən Alişa Lemann ən məşhur "yadplanetli"lərdən biri olan Lil Mayo ilə əməkdaşlıq edib.
Sportinfo.az xəbər verir ki, "Yuventus" və NASA-nın da iştirak etdiyi reklam kampaniyasının ideyası klubun yeni geyim məhsullarını tanıtmaq olub.
Leman "yadplanetli" ilə bir neçə fotoşəkil çəkdirib və hətta onu öpüb. Onun sevgilisi, "Yuventus"un kişilərdən ibarət komandasının yarımmüdafiəçisi Duqlas Luis də kampaniyaya qoşulub.
Lil Mayonun "İnstaqram"da 1,5 milyon izləyicisi var. O, əsl yadplanetli deyil, film rekvizitidir. Onun hesabı, personajın özünün dediyi kimi qeyri-adi memlərə həsr olunur.