Livan əsilli amerikalı qadın sürücü Toni Breydinqeri yəqin çoxunuz tanımırsınız.
O, bu yaxınlarda ABŞ-nin həftəlik “Sports Illustrated” jurnalının yeni siması olub. Bundan sonra daha çox populyarlaşmağa başlayıb.
Sportinfo.az xəbər verir ki, Breydinqer "Venturini Motorsports" komandasının sürücüsüdür. O, NASCAR yarışlarında iştirak edən ilk ərəb-amerikalı qadın kimi tarixə düşüb.
Toni liqada 2021-ci ildə debüt edib və o vaxtdan bəri bütün NASCAR mərhələlərində 27 dəfə "ilk onluğ"a düşüb. O, qadınların mübarizəsində bu göstəricidə rekordçudur.
Breydinqer sürətli yarış treklərindən kənarda da uğurlu karyeraya malikdir. O, bu yaxınlarda alt paltarı modeli olmaq arzusunu reallaşdırıb. "Victoria's Secret" brendi ona müqavilə təklif edib. Bu səbəbdən tezliklə Toninin daha çox bikinili fotoları olacaq.
Onun 25 yaşı var. Buna görə də, ABŞ-nin avtomobil yarışlarındakı karyerası uzun ola bilər.
Artan nəticələrini və cəlbedici görünüşünü nəzərə alsaq, onun haqqında daha çox danışılacağı dəqiqdir.