COP29

“Çətinliklər var, amma bu, məni qorxutmur”

21 Avqust 02:00 Hadisə 1 061
“Çətinliklər var, amma bu, məni qorxutmur”

"Məşqçi kurslarında çətinliklər var, amma bu məni qorxutmur".

bunu "report"a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Ağabala Ramazanov hazırda oxuduğu məşqçilik kursları ilə bağlı danışarkən deyib.

O, hazırda uyğunlaşma dönəmində olduğunu nəzərə çatdırıb:

"Futbol həyatımı həsr etdiyim peşədir, sevə-sevə oxuyuram. Kurslardakı müəllimlərə təşəkkür edirəm ki, bizə hər şeyi xırdalıqlarına qədər izah edirlər.

Hazırda uyğunlaşama dönəmindəyəm. Çünki məşqçilikdən fərqli, futbolçu kimi komfortlu zonada olursan. Buna baxmayaraq, işimə peşəkar şəkildə yanaşıram".

Sabiq hücumçu məşqçiliyə uşaq futbolundan başlamaq istəyini bildirib:

"Uşaq futbolunda çalışmaq üçün müəyyən vaxt lazımdır. Çünki öyrənmək və öyrətmək birdən-birə alınmır. Təcrübə mütləqdir".

Ötən mövsüm bitdikdən sonra futbolçu karyerasını yekunlaşdıran Ağabala Ramazanov AFFA tərəfindən keçirilən UEFA-nın B kateqoriyalı məşqçi kursunda iştirak edir.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…