COP29

Kəlbəcər rayonu ərazisində ağır yol qəzası baş verdi - Ölən var

2 Sentyabr 08:10 Hadisə 724
Kəlbəcər rayonu ərazisində ağır yol qəzası baş verdi - Ölən var

Kəlbəcər rayonu ərazisində ağır yol qəzası baş verib.

Vəng kəndi ərazisində “VAZ 21 099” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb.

Hadisə nəticəsində tikinti şirkətlərinin birində çalışan sürücü, 1979-cu il təvəllüdlü Rəsul Quliyev ölüb. Sərnişin M.Nəcəfov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qəza yerinə Kəlbcər RPŞ-nin əməkdaşları cəlb olunub, araşdırmalar davam etdirilir.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hadisə sentyabrın 1-i səhər saat 5 radələrində baş verib:

“Kəlbəcər RPŞ-yə rayonun Vəng kəndi ərazisində yol nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub. Polis əməkdaşları sözügedən ünvana gələrək müvafiq tədbirlər həyata keçiriblər.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, R. İsmayılovun idarə etdiyi “VAZ 21099” markalı avtomobilin aşması nəticəsində 1979-cu il təvəllüdlü, Bakı şəhər sakini Rəsul Quliyev hadisə nəticəsində ölüb, digər sərnişin Mübahrək Nəcəfov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırmalar davam etdirilir”.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 16:30 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM