“Ximki” ilə müqaviləsinə xitam verən Kiril Pançenko karyerasını Azərbaycanda davam etdirə bilər.
Bunu futbolçunun atası Viktor Pançenko açıqlayıb.
O bildirib ki, 35 yaşlı hücumçunun bir neçə ölkəyə, həmçinin Azərbaycana yollanmaq ehtimalı var:
“İndi digər klublarla danışıqlar aparırıq. Amma bu, yeni il sirridir.
Onun yaxın xaricə - Azərbaycan, Qazaxıstan və Özbəkistana getməsi istisna deyil. Digər variantlar da var. Amma hər şeyi ölçüb-biçməli, Kirillə müzakirə etməliyik”.
Kiril karyerası ərzində “Dinamo” (Stavropol), “Nijniy Novqorod”, “Mordoviya”, “Tom”, MOİK, “Dinamo” (Moskva), “Tambov” və “Arsenal”da (Tula), o cümlədən, 1 oyun keçirdiyi Rusiya millisində forma geyinib.
Viktor Pançenkonun söylədikləri həqiqətdir. Bunu artıq dəqiqləşdirmişik.
Sözügedən forvardan Premyer Liqamızın 2 klubundan maraq var. “Sabah“ və “Turan Tovuz“ menecerlər vasitəsilə Kirili diqqət mərkəzində saxlayır.
Elitanın hər iki təmsilçisi ona 5 aylıq müqavilə təklif edib.
SPORTİNFO.AZ