FKSB Bakıda “Qarabağ”a qarşı Avropa Liqasının əsas mərhələsinin VII tur matçı ərəfəsində qapıçısı Ştefan Tırnovanu ilə yollarını ayıra bilər.
Klubun sahibi Gigi Bekalinin sözlərinə görə, Rumıniya çempionunun aparıcı futbolçularından biri müəyyən məbləğ ödəməyə hazır olan "Udineze”nin maraq dairəsindədir.
Sportinfo.az “GSP”yə istinadən xəbər verir ki, 29 yaşlı qolkiper bu mövsüm bütün turnirlərdə 35 oyuna çıxıb.
Transfermarkt portalında onun qiyməti 3,5 milyon avrodur.
“Qarabağ” - FKSB oyunu gələn il yanvarın 23-də Tofiq Bəhramov adına stadionda keçiriləcək və görüşə 21:45-də start veriləcək.