COP29

I Qarabağ müharibəsinin daha bir şəhidi dəfn edildi - FOTO

2 Avqust 07:10 Hadisə 787
I Qarabağ müharibəsinin daha bir şəhidi dəfn edildi - FOTO

I Qarabağ müharibəsində itkin düşən və 31 ildən sonra şəxsiyyəti müəyyənləşdirilən Daşkəsən rayonunun Qabaqtəpə kənd sakini şəhid hərbçi Məmmədov Surxay Rza oğlunun Gəncə Şəhidlər Xiyabanında dəfn mərasimi keçirilib.

Dəfndə rayon ictimaiyyətinin nümayəndələri, rəhbər şəxslər şəhidin yaxınları, şəhid ailələri, müharibə veteranları və əlilləri, rayon sakinləri və KİV mənsubları iştirak ediblər.

Əvvəlcə şəhidin cənazə namazı ailəsinin yaşadığı evdə qılınıb, ruhuna dualar oxunub.

Sonra şəhidin nəşi Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılıb, məzarı üstünə gül dəstələri düzülüb.

Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb.

Şəhid Məmmədov Surxay Rza oğlu 7 dekabr 1974-cü ildə Daşkəsən rayonunun Qabaqtəpə kəndində anadan olub. O, könüllü olaraq Qarabağda gedən döyüşlərə qatılıb.

8 fevral 1993-cü ildə Ağdərə rayonunun Mehmana kəndi ərazisində erməni silahlı dəstələri ilə gedən döyüşlərdə hərbi xidməti borcunu yerinə yetirərkən müqəddəs şəhidlik zirvəsinə ucalıb.

İtkin düşmüş hesab olunan Surxay Məmmədovun nəşinin qalıqları İsmayıllı Şəhidlər Xiyabanında dəfn olunan naməlum şəhid qəbirlərindən aşkar edilib.

Digər Xəbərlər
Xəbər Lenti