II Liqada qorxulu hadisə baş verib.
Bu, 12-ci turun mərkəzi oyununda qeydə alınıb.
Şamaxı Olimpiya Kompleksinin stadionunda keçirilən «Şahdağ» - «Şəfa» matçında qonaqlar 1:7 hesablı biabırçı məğlubiyyətə üzülməyib.
Patyaxt təmsilçisi həmçinin aparıcı futbolçularından birini itirib. Söhbət Gülalı Mehrəliyevdən gedir. Belə ki, «Şəfa»nın müdafiəçisi 70-ci medandan xərəkdə çıxarılıb.
O, Qusar komandasının hücumçusu Famil Camalovla toqquşma zamanı üz nahiəsindən ağır xəsarət alıb. Beyin silkələnməsi keçirən cinah oyunçunun sağ almacıq sümüyü 3 yerdən sınıb.
Təcili Yardım Maşını ilə Bakıya aparılan Gülalı buradakı xəstəxanaların birində əməliyyat olunub. Cərrahi müdaxilə uğurlu alınıb, sifətinə 2 implant qoyulub.
«Difai»nin sabiq üzvü minimum 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN