COP29

Hamı millimizin son dəqiqədə buraxdığı qoldan danışır - VİDEO

26 Noyabr 17:40 Hadisə 1 298
Hamı millimizin son dəqiqədə buraxdığı qoldan danışır - VİDEO

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində çıxışını başa vurub.

Daha əvvəl İslandiya (0:2) və İrlandiyaya (0:4) uduzan Elxan Abdullayevin çalışdırdığı komanda son matçda Moldova ilə üz-üzə gəlib.

Kişinyovdakı “Zimbru” stadionunda baş tutan görüş 2:2 hesabı ilə nəticələnib.

Millimizin heyətində Həsən Nəzərli dubl (15, 45+1) müəllifi olub. İlk hissəni 2:0 hesabı ilə başa vursaq da, rəqib fasilədən sonra bərabərliyi təmin edib.

Nikole Sula 55-ci dəqiqədə fərqi azaldıbsa, David Ovidu 90+7-ci dəqiqədə bərabərlik qolunu vurub. Onun fərqləndiyi epizodda qapıçımızın yol verdiyi səhv hamını şok edib.

Belə ki, kiperin müdafiəçimizin ötürməsindən sonra topu əlinə götürməsi hakimin cərimə meydançası daxilində qayda pozuntusu qeydə almasıyla nəticələnib. Belədə rəqib 4-5 metr məsafədən toru silkələyib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
26 Noyabr 20:00 Futbol, yoxsa əyləncə?
26 Noyabr 08:50 "Qrupumuzda zəif yoxdur"
26 Noyabr 08:20 "Zirə"dən 6-cı uğur
26 Noyabr 02:30 Uşaq gözləyirlər - FOTO
26 Noyabr 01:50 Azərbaycanda 250-ci...