COP29

Azərbaycanlı futbol şərhçisinin bu sözü maraqla qarşılandı - “İlahi müdaxilə”nin VİDEOsu

3 İyul 12:40 Hadisə 2 253
Azərbaycanlı futbol şərhçisinin bu sözü maraqla qarşılandı - “İlahi müdaxilə”nin VİDEOsu

AÇ-2024-ün 1/8 finalında Avstriyaya 2:1 hesabı ilə qalib gələn Türkiyə yığmasının qapıçısı Mert Günok oyunun son dəqiqələrində kritik qurtarış edib.

Sportinfo.az xəbər verir ki, o, matçın 90+4-cü dəqiqəsində rəqibin hesabı bərabərləşdirməsinə fürsət yaratmayaraq komandasının 1/4 finala çıxmasında böyük rol oynayıb.

Matçı birbaşa yayımlayan İctimai televiziyanın şərhçisi Tural Dadaşov həmin epizodu “İlahi müdaxilə” adlandırıb.

Sözügedən ifadə sosial şəbəkələrin Türkiyə seqmentində də maraqla qarşılanıb.

Oyunun taleyini həll edən həmin anın görüntüsünü təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti