COP29

"Zirə"nin rəqibi Fransa klubundan Papa gətirdi - FOTO

3 İyul 03:10 Hadisə 2 103
"Zirə"nin rəqibi Fransa klubundan Papa gətirdi - FOTO

Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Zirə”nin rəqibi olan “Şerif” növbəti transferini həyata keçirib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tiraspol klubu mavritaniyalı vinger Papa Ndiaqa Yade ilə güclənib.

Forvard yeni klubuna Fransanın “Metz” klubundan keçib.

“Zirə” və “Şerif”in ilk görüşü iyulun 11-i Moldovada, cavab matçı isə iyulun 18-də Bakıda keçiriləcək.

24 yaşlı futbolçu “Metz”dən savayı “Trua”, “Metropol”, “Linquere” klublarında da oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti