COP29

Ötənlərin məşhur futbolçusununun 420 min avro dəyərində portfeli oğurlandı

27 İyul 00:10 Hadisə 1 585
Ötənlərin məşhur futbolçusununun  420 min avro dəyərində portfeli oğurlandı

Braziliyanın əfsanəvi futbolçusu Ziko Fransanın paytaxtı Parisdə qarət edilib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb.

Braziliya millisi ilə Yay Olimpiya Oyunlarına yollanan 71 yaşlı keçmiş yarımmüdafiəçinin 420 min avro dəyərində portfeli oğurlanıb.

Belə ki, o, iyulun 25-də Parisdə taksiyə minib. Naməlum şəxslər sürücü və ona yaxınlaşaraq diqqətlərini yayındırıb. Bu zaman onlardan biri Zikonun portfelini oğurlayıb.

Məlumata görə, portfeldə bahalı saat, zinət əşaları, brilyantlar və nağd pul olub. Parisin hüquq-mühafizə orqanları işlə bağlı araşdırmalara başlayıb.

Əsl adı Artur Antunes Koimbra olan Ziko 1978-ci il dünya çempionatının bürünc mükafatçısıdır. Braziliya millisinin heyətində 71 rəsmi oyunda 48 qol vuran Ziko milli komandasının ən çox qol vuran oyunçuları siyahısındadır.

Xatırladaq ki, açılış mərasimi bu gün reallaşacaq Paris olimpiadası avqustun 11-də başa çatacaq.



Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?