COP29

Qış Olimpiya Oyunlarının yeni ev sahibləri məlum oldu

27 İyul 03:50 Hadisə 1 526
Qış Olimpiya Oyunlarının yeni ev sahibləri məlum oldu

2030-cu il və 2034-cü il Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi edəcək ölkələr müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsi qərar qəbul edib.

Qurumun 142 sessiyasında verilən qərara əsasən, 2030-cu ildəki turnir Fransa Alplarında keçiriləcək.

Bununla da ölkə 4-cü dəfə Qış Olimpiadasını qəbul edəcək. Fransada bu yarış daha əvvəl 1924, 1968 və 1992-ci illərdə təşkil olunub.

2034-cü ildəki turnir isə ABŞ-ın Yuta ştatının Solt-Leyk-Siti şəhərində keçiriləcək. 2002-ci ildə də Qış Olimpiya Oyunları Solt-Leyk-Sitidə təşkil olunub.

Fransa Paris-2024 Yay Olimpiya Oyunlarına ev sahibliyi edir. ABŞ isə Los-Anceles-2028 Yay Olimpiya Oyunlarının ev sahibidir.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?