Azərbaycan taekvondoçusu Qaşım Maqomedov (58 kq) Paris-2024 Yay Olimpiya oyunlarında mübarizəyə başlayıb.
Sportinfo.az xəbər verir ki, milliləşdirilmiş dağıstanlı idmançı İrlandiya təmsilçisi Cek Uolleylə üz-üzə gəlib.
Qaşım Maqomedov Avropa çempionudur (2023-cü il).
O, həmçinin qitə çempionatında 1 bürünc, Avropa Oyunlarında 1 bürünc, İslam Həmrəyliyi Oyunlarında isə 1 gümüş və 1 bürünc medal qazanıb. Cek Uolley Avropa çempionatının və Avropa Oyunlarının gümüş mükafatçısıdır.
24 yaşlı Azərbaycan taekvandoçusu ilk döyüşündə qalib gələrək (2:0) 1/4 finala yüksəlib.
Bu mərhələdə onun rəqibi İspaniya idmançısı Adriant Visente Yunta olacaq. 25 yaşlı ispan dünya çempionatının (2023) bürünc mükafatçısı və Avropa çempionudur (2018).
Görüşün Bakı vaxtı ilə saat 17:32-də başlaması nəzərdə tutulub.